Akif Əlizadə musiqi ansamblının yaradılması haqda: "Şeir deyən, rəqs edən..."

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılması məsələsinə münasibət bildirib.
A.Əlizadə "Report"a açıqlamasında gənc yaşlarında Akademiyada gözəl musiqi qrupu yaratdığını deyib.
O qeyd edib ki, qrupda müğənni də olub: "Biz hətta Bakı festivalında iştirak edirdik. Akademiya olaraq qalib də gəlirdik. Söhbət 1962-ci ildən gedir. İstəyirəm ki, bugünkü gənclər üçün də şərait yaradım. Bu gün akademiyada şeir deyən, rəqs edən, diskussiya aparan, piano çalan əməkdaşlar var. İstəyimiz odur ki, onların hamısını canlandıraq. Akademiya tək elm məkanı deyil. Burada canlı həyat var".
A.Əlizadə bildirib ki, bu iş AMEA-nın Gənc Alimlər Şurası və Azad Həmkarlar İttifaqına tapşırılacaq: "Onların təşəbbüsü ilə bu təklifi həyata keçirəcəyik".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin iclasında AHİ-nin sədri Habil Qurbanov AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığını bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}