“Samsung”un rəhbəri həbs edildi
Seul Ali Məhkəməsinin qərarına əsasən, “Samsung Electronics”in vitse-prezidenti, “Samsung Group”un əsas varisi və konqlomeratın faktiki rəhbəri Li Ce Yon rüşvət verdiyinə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb.
Şəffaflıq.az “Rönhap” agentliyinə istinadən xəbər verir ki, o, məhkəmə salonunda nəzarətə alınıb.
Cənubi Koreya prokurorları Li Ce Yonun 2014-cü ildə konglomerata nəzarəti ələ keçirmək üçün qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edir. Bildirilib ki, o bu müddətdə bir sıra “Samsung” törəmə şirkətlərinin birləşməsi üçün dövlət dəstəyi müqabilində keçmiş prezident Pak Kın Henin yaxın dostuna 8.9 milyard von (təqribən 8 milyon dollar) rüşvət verib.
Qeyd edək ki, Cənubi Koreyanın keçmiş Prezidenti 2017-ci ildə rüşvət, vəzifədən sui-istifadə və konqlomeratlarla əlaqələrinə görə impiçment olunaraq vəzifəsindən kənralaşdırılmış və 10 il müddətinə həbs cəzasına məhkum edilmişdi. O zaman Li Ce Yon da 5 il həbs cəzasına məhkum edilmiş, lakin 2018-ci ilin fevralında məhkəmənin apellyasiya şikayətinə baxması ilə həbs cəzası şərti cəza ilə əvəz edilmişdi.
Facebook-da paylaş