Kosmik gəmiyə Yuri Qaqarinin adı veriləcək

 

Rusiya “Soyuz” seriyasına aid kosmik gəmilərdən birinə ilk kosmonavt Yuri Qaqarinin adını verəcək.

Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qərar Yuri Qaqarinin kosmosa uçuşunun 60-cı ildönümünün qeyd olunması üçün hazırlanan tədbirlər planı əsasında qəbul edilib.

Y.Qaqarinin adının veriləcəyi kosmik gəminin beynəlxalq kosmik stansiyaya uçuş həyata keçirəcəyi də qeyd olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}