Əsas Səhifə > Dünya / Maraqlı > Kosmik gəmiyə Yuri Qaqarinin adı veriləcək

Kosmik gəmiyə Yuri Qaqarinin adı veriləcək


14-01-2021, 21:38

 

Rusiya “Soyuz” seriyasına aid kosmik gəmilərdən birinə ilk kosmonavt Yuri Qaqarinin adını verəcək.

Şəffaflıq.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qərar Yuri Qaqarinin kosmosa uçuşunun 60-cı ildönümünün qeyd olunması üçün hazırlanan tədbirlər planı əsasında qəbul edilib.

Y.Qaqarinin adının veriləcəyi kosmik gəminin beynəlxalq kosmik stansiyaya uçuş həyata keçirəcəyi də qeyd olunub.

Geri qayıt