Pandemiya dövründə heç bir əcnəbi Azərbaycandan məcburi çıxarılmayıb

 

Pandemiya dövründə heç bir əcnəbinin məcburi ölkədən çıxarılması tətbiq edilməyib.

Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.

O, pandemiya dövründə əlavə müraciət olmadan ölkədə leqallaşdırılmış əcnəbilərin sayını da açıqlayıb:

“Bu müddət ərzində 59 963 şəxsin hüquqi vəziyyətinin tez bir qaydada müəyyənləşdirilməsi tələbi yaranıb. Belə ki, onların 25 385 nəfəri Gürcüstan, 23 583 nəfəri Rusiya, 3 626 nəfəri Türkiyə, 1 736 nəfəri Ukrayna, 835 nəfəri Pakistan, 4 795 nəfəri digər ölkələrin nümayəndələridir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}