İsraildə koronavirusa yoluxanların sayı 302 min nəfəri ötüb
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 874 nəfər yoluxub.
Şəffaflıq.az-ın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 302 770 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 265 445 nəfəri sağalıb, 2 190 nəfəri isə vəfat edib.
Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 35 130 nəfər təşkil edir.
Xəbəri paylaş
Facebook-da paylaş