MTRŞ “Space TV" ilə bağlı qərar verdi

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) formatda iclası keçirilib.

Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, iclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün MTRŞ-yə müraciətinə baxılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq MTRŞ “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}