MTRŞ-nin Aparat rəhbəri vəzifəsindən azad olunub
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev vəzifəsindən azad olunub.
Şəffaflıq.az unikal.org-a istinadən xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsi MTRŞ sədrinin köməkçisi Fazil Novruzova tapşırılıb.
Qeyd edək ki, A.Hacıyev 2019-cu ilin yanvar ayından MTRŞ-nin Aparat rəhbəri vəzifəsində çalışırdı.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığısərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib.
Aprelin 6-da MTRŞ-nin keçirilən iclasında Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Xəbəri paylaş
Facebook-da paylaş