Çində iki şəhər koronavirusa görə “qapanıb”


 

Pekinin cənubunda yerləşən iki Çin şəhərinin - Şitszyaçjuan və Sintay şəhərlərinin (Xebey əyaləti) əhalisi koronavirus «partlayışı» səbəbilə, məcburi özünütəcrid vəziyyətinə düşüb.

Şəffaflıq.az «Daily Mail»-ə istinadən xəbər verir ki, ölkə hakimiyyəti bu şəhərlərin sakinlərini bir həftə evdən bayıra çıxmamağa səsləyib. Bundan başqa, kütləvi tədbirlərin və məktəblərdə dərslərin keçirilməsi qadağan olunub. Uşaq bağçaları da bağlıdır. Məhdudiyyətlər həm də yerli kəndlərin sakinlərinə aiddir.

İlk olaraq, əhalisinin sayı 11 milyon olan Şitszyaçjuan şəhəri lokdauna məruz qalıb, sonra isə 7 milyonluq Sintay şəhəri ona qoşulub. Ötən həftə ərzində bu şəhərlərdə koronavirusla xəstələnmiş 127 nəfər və 183 simptomsuz hal aşkarlanıb, Çinin digər şəhərləri bu məntəqələrlə nəqliyyat əlaqəsini dayandırıblar.

Koronavirus səbəbilə, hakimiyyət əhalinin kütləvi total testləşdirilməsini təşkil edib. Hazırda Şintszyaçjaunda artıq 4,86 milyon sakin yoxlanıb, Sintayda isə 1,89 milyon insan testdən keçirilib.

Xatırladaq ki, Çin hakimiyyəti yanvarın 2-də həyəcan təbili çalıb. O zaman Xebey əyalətində ilk yoluxmuşlar aşkar olunub. Tətbiq olunmuş sərt tədbirlərin sayəsində koronavirusun kütləvi yayılmasının qarşısı alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}