Çində koronavirusa yoluxma yenidən artır
Çində son sutka ərzində koronavirusa 74 aktiv, 27 simptomsuz yoluxma halı aşkarlanıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yoluxanların 98-i Çinin Sincan-Uyğur muxtar regionunun inzibati mərkəzi olan Urumçi şəhərinin sakinləridir.
Ümumilikdə epidemiya dövründə Çində koronavirusa 84 060 yoluxma qeydə alınıb, 4 634 nəfər ölüb, 78 944 xəstə sağalıb.
Hazırda virusa yoluxmuş 482 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş