Çində koronavirusa yoluxanların sayı artır

 

Çində son sutka ərzində daha 49 nəfərdə koronavirus aşkarlanıb, 1 pasiyent sağalıb, ölən olmayıb. 

Şəffaflıq.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, 57 yoluxma halından 39-u ölkə daxilində (otuz altısı Pekində, üçü Hubey əyalətində), 10-u isə xaricdən gələn şəxslərdə (dördü Sıçuan əyalətində, biri Şanxayda, ikisi Çuntsində, biri Futszyanda, biri isə Şensi əyalətində) aşkarlanıb.

Ölkənin tibb müəssisələrində 177 nəfərin müalicəsi davam etdirilir.

Çində ümumilikdə 83 181 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 370 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}