"ABŞ daha demokratiyanın mayakı deyil" - Darrok
Kapitolidəki hadisələrdən sonra ABŞ artıq demokratiyanın parlayan mayakı deyil.
Şəffaflıq.az xəbər verir ki, bunu Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok deyib.
“Bu ziyan ola bilsin ki, aradan qaldırılsın, ancaq çox vaxt aparacaq. Amma başqa ölkələr ABŞ-ı daha demokratiyanın parlayan mayakı kimi görməyəcək”, - Darrok bildirib.
Onun sözlərinə görə, məhz Tramp öz tərəfdalarına Kapitolini mühasirəyə almağa çağırmışdı və baş verən hadisələrdə qarşıdırmalar qaçılmaz idi.
Xəbəri paylaş
Facebook-da paylaş