Əsas Səhifə > SİYASƏT / Dünya > "ABŞ daha demokratiyanın mayakı deyil" - Darrok

"ABŞ daha demokratiyanın mayakı deyil" - Darrok


8-01-2021, 12:49

 

Kapitolidəki hadisələrdən sonra ABŞ artıq demokratiyanın parlayan mayakı deyil.

Şəffaflıq.az xəbər verir ki, bunu Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok deyib.

“Bu ziyan ola bilsin ki, aradan qaldırılsın, ancaq çox vaxt aparacaq. Amma başqa ölkələr ABŞ-ı daha demokratiyanın parlayan mayakı kimi görməyəcək”, - Darrok bildirib.

Onun sözlərinə görə, məhz Tramp öz tərəfdalarına Kapitolini mühasirəyə almağa çağırmışdı və baş verən hadisələrdə qarşıdırmalar qaçılmaz idi.

Geri qayıt