Fransada pandemiya qurbanlarının sayı 65 minə çatıb

 

Fransada son sutkada COVID-19-a 20 min yeni yoluxma və 133 ölüm faktı qeyd alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, xəstəxanalarda 24 min 263 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 2 609 ağır xəstə intensiv müalicə alır.

Pandemiya başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 2.62 milyondan çox olub, ölənlərin sayı isə 64900-ə çatıb. Son 24 saatda xəstəxanalara 776 yeni koronavirus xəstəsi daxil olub ki, onlardan 99-u ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib.

Bu gündən ölkənin 15 departamentində komendant saatı yerli vaxtla saat 18:00-dan səhər saat 06:00-dək tətbiq olunacaq. Mütəxəssislər yaxın günlərdə yoluxanların sayının daha çox artacağını bildirirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}