Fransada son sutkada 26 mindən çox insan koronavirusa yoluxub

 

Fransada son sutkada COVID-19 pandemiyasına 26 457 yeni yoluxma və 304 ölüm faktı qeydə alınıb.

Şəffaflıq.az Fransa Səhiyyə İdarəsinə istinadən xəbər verir ki, hazırda ölkə xəstəxanalarında 24 560 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayı 2652-dir.

Ölkədə pandemiyaya yoluxanların ümumi sayı 2 600 498-ə, ölənlərin sayı isə 64 381-ə çatıb.

Fransada virusun yayılmasının qarşısını almaq məqsədi ilə yanvarın 2-dən komendant saatı əvvəlki kimi yerli vaxtla saat 20:00-da deyil, artıq 18:00-dan başlayacaq. Bəzi mütəxəssislər komendant saatının axşam saat 8-dən 6-ya çəkilməsinin heç bir əhəmiyyəti olmadığını bildirir.

Virusla mübarizə üçün yeni tədbirlərin yaxın günlərdə dəqiqləşdiriləcəyi qeyd edilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}