“Yalan danışdılar, həqiqətləri deyəcəyəm” - Səddam Hüseynin nəvəsi

Şəffaflıq.az xəbər verir ki, İraqın keçmiş rəhbəri Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil deyib: “Ölkəmin ən yeni tarixinin çox hissəsi təhrif edilib. Həqiqəti çatdırmaq üçün kitab yazmağı seçdim”.
Bundan əvvəlki açıqlamalarında ABŞ-ın işğal elədiyi İraq torpaqlarını piyada tərk elədiklərini bildirən Harir Hüseyn Kamil, İraqda babasının devrilməsi dövrünü və ondan sönra baş verənləri qələmə alıb.
Yazdığı kitab ilə bağlı Rusiya mətbuatına açıqlama verən Harir Hüseyn Kamil deyib: “Həqiqəti demək üçün kitab yazmağı seçdim. Ölkəmin tarixi əksəriyyətlə təhrif edilib”.
Harir Hüseyn Kamil özündə məsuliyyət hiss elədiyini və ailəsinə edilən hücumları kitabında təsvir elədiyini söyləyib. Kamil deyib: “Ailəmin etibarını zədələdilər. Mən də kitabımda onların hekayəsini təsvir eləməyə çalışdım”.
Səddam Hüseyn İraqı 25 il, ABŞ 2003-cü ildə bu ölkəni işğal edənə kimi idarə edib. O, vəzifə başında olduğu dövrdə çox sayda insanın hüquqlarını tapdalamaqda ittiham edilib.
ABŞ hökuməti onu Əl-Qaidə terror təşkilatını dəstəkləməkdə və kütləvi qırğın silahlarını saxlamaqda ittiham eləyərək İraqı işğal elədi. Lakin bu silah iddialarının əsassız olduğu, bir müddət sonra etiraf edildi.Hurriyyet.org

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}