“The Guardian”: “Böyük Britaniya Azərbaycandan dərs alır”
20 milyard dollarlıq dron proqramı işə düşür
“Ermənilər 224, azərbaycanlılar isə cəmi 36 tank itirib”
“Dağlıq Qarabağdakı son münaqişədən dərs alan Böyük Britaniya ucuz başa gələn dronlar əldə etmək istəyir. Bu məqsədlə Müdafiə Nazirliyinin pilotsuz uçaqlarla bağlı yeni proqrama başlayacağı gözlənilir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində Ermənistan üzərində qələbə çalmasında bu texnologiyanın həlledici önəmi Britaniyanı belə bir addım atmağa təhrik edir”.
Şəffaflıq.az xəbər verir ki, “The Guardian” qəzeti belə yazır.
Qəzet bildirir ki, ucuz Türkiyə dronlarından istifadə edən Azərbaycan Ermənistana məxsus 224 tankı sıradan çıxarıb: “Müqayisə üçün deyək ki, Azərbaycan tərəfi cəmi 36 tank itirib”.
Bu məsələ ilə bağlı “Royal United Services Institute (Rusi)” Beyn Mərkəzinin professsoru Michael Clarke Britaniya nəşrinə deyir: “Azərbaycanın dronlardan istifadə etməsi müharibənin taleyində həlledici rol oynadı”.
Ötən xəbərlərimizin birində Britaniya mətbuatına istinadən yazmışdıq ki, Ermənistan-Azərbaycan müharibəsini təhlil edən Britaniya hökuməti dron istehsalı üçün Müdafiə Nazirliyinə əlavə olaraq 20 milyard dollar ayırmaq fikrindədir. “The Guardian” qəzetinin yazdıqları bir daha göstərir ki, bu məsələ Britaniya hökumətinin gündəmindədir.
Facebook-da paylaş