“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - Britaniya səfiri
“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bunu Tərtərdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Onun sözlərinə görə, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyir.
“ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır. Amma bu müddət ərzində müharibədən əziyyət çəkən insanlara köməklik göstərmək istəyirik. Bu səbəbdən də Təlim və Resurs Mərkəzlərini məcburi köçkün icmaları üçün açırıq. Çünki onların buna daha çox ehtiyacı var. Biz bu yerlərə səfər edərək həm də Azərbaycan dövlətinin məcburi köçkünlərə yaratdıqları şəraitlə tanış oluruq. Böyük Britaniya hökumətinin əsas marağı Azərbaycanın firavan və gözəl inkişafına dəstək olmaqdır”, - deyə səfir vurğulayıb.
Facebook-da paylaş