Milli Meşə Proqramı hazırlanıb
“Azərbaycanda Milli Meşə Proqramı hazırlanıb”.
Şəffaflıq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, hazırda sənəd razılaşma prosesindədir:
“Gələn ilin əvvəllərində proqram təsdiq olunacaq və icrasına başlanacaq”.
“Proqramda meşələrin bərpası, istifadə tədbirləri və digər vacib məsələlər öz əksini tapacaq”, - deyə o əlavə edib.
Xəbəri paylaş
Facebook-da paylaş