Şamaxıda qanunsuz ağac kəsintisi faktı aşkarlanıb

 Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlif cinsli beş ağacın kəsilməsi faktı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, təcili tədbirlər nəticəsində, polis əməkdaşlarının köməyi ilə ağacları kəsən şəxsin 23-BG-880 dövlət nömrə nişanlı Qazel markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb və qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu məlum olub.
Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimə olunub.
ETSN İsmayıllı əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, ictimai yerlərdə qınasınlar, meşələrin mühafizə olunmasında köməklik göstərsinlər.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}