ABŞ peyklər qrupu yaradır - Hipersəs silahından müdafiə üçün

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresi 2021-ci maliyyə ili üçün (oktyabrın 1-də başlanıb) bundan əvvəl bəyənilmiş ABŞ hərbi büdcəsi layihəsi çərçivəsində Raket Əleyhinə Müdafiə Agentliyinin büdcəsini 130 milyon dollar həcmində artırıb.

«Defence News» qəzetinin yazdığı kimi, həmin əlavə vəsait yeni peyklər qrupunun saxlanması üçün nəzərdə tutulub. Qrup hipersəs silahların yerdəyişməsini izləmək qabiliyyətinə malikdir.

«Aşağı orbitdə yerləşərək, peyklər az «gözə çarpan» hipersəs silahının hədəf göstəricisi barədə məlumatlar verərək, uçuş vaxtı manevr edə bilirlər. Bu da raket atışları barədə ABŞ xəbərdarlıq sistemindəki boşluğu bağlamağa imkan verəcək» - deyə, nəşr göstərir.

«Defence News» qeyd edir ki, əlavə maliyyələşmə təşəbbüskarları bütün ötən il ərzində buna diqqət yetiriblər ki, Agentliyin büdcəsində hipersəs silahının və kosmosda ballistik raketlərin izlənməsi üçün xəbərverici qurğu üçün vəsait nəzərdə tutulmayıb, bamayaraq ki, Agentlik Konqresdən bu məqsəd üçün 108 milyon dollar istəyib. Senatorlar bununla bağlı narahatlıqlarını ifadə ediblər.

Nəşrin yazdığı kimi, onlar təəccüb ediblər ki, nə üçün agentliyin bunca prioritet proqram üçün sorğusuna məhəl qoyulmayıb?

«Bu uyğunsuzluq həyəcan siqnalı doğurur» - deyə, nəşr bu məsələ barədə qanunvericilərin birgə bəyanatından sitat gətirir.

Qeyd etmək lazımdır ki, ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp dekabrın 23-də ölkənin 2021-ci maliyyə ili üçün 740 milyard dollarlıq hərbi büdcə layihəsini bloklayıb. Ancaq buna baxmayaraq, ABŞ Konqresi bu sənədi təsdiqləyə biləcək, nədən ki, bundan əvvəl təşəbbüs hər iki palatada səs çoxluğu qazanıb. Konqresmenlər dekabrın 28-də toplaşaraq, prezident vetosunu aşmaq üçün qərar vermək niyyətindədirlər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}