VISA və “Azərikard” strateji əməkdaşlıq müqaviləsini imzaladı

 

VISA və “Azərikard” prosessinq mərkəzi yeni ödəniş həlləri və rəqəmsal emissiyaların inkişafı üçün əməkdaşlıq müqaviləsi imzalayıb.

Tərəfdaşlıq çərçivəsində VISA və “Azərikard” rəqəmsal emissiyanı inkişaf etdirmək və geniş istifadəçi kütləsi üçün yenilikçi rəqəmsal ödəmə həlləri yaratmaq üçün çalışacaqlar. Bu əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirəcək və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verəcək.

VISA-nın Qafqaz regionu ölkələri üzrə meneceri Kristina Doroş bildirir ki, “Azərikard”la əməkdaşlıq Azərbaycanda ekosistem ödənişlərinin inkişafı üçün geniş perspektivlər açacaq və bizə istifadəçi üçün daha rahat yeni rəqəmsal servislər yaratmağa imkan verəcək.

“VİSA ilə tərəfdaşlıq müqaviləsinin imzalanması vacib hadisədir və bu, “Azərikard” prosessinq mərkəzinin Azərbaycanda kart texnologiyaları sahəsində liderliyinin göstəricisidir. Rəqəmsal ödəmələr texnologiyasının hazırlanması üçün birgə əməkdaşlıq təmassız, nağdsız ödəmələrin inkişafını sürətləndirəcək, istifadəçilər üçün komfortun və təhlükəsizliyin səviyyəsini artıracaq”, - deyə “Azərikard” MMC-nin baş direktoru Fərid Quliyev bildirib.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}