Avropanın ən yaxşı şəhərləri seçilib – SİYAHI
Britaniyanın icarə işləri üzrə ixtisaslaşmış daşınmaz əmlak developeri tədqiqat aparıb və həyatın keyfiyyəti üzrə Avropanın ən yaxşı şəhərlərinin adlarını açıqlayıb.
Şəffaflıq.az bildirir ki, bu xəbəri «The Express» yayıb.
Havanın keyfiyyəti, ətraf mühitin çirklənməsi, yaşayış şəraiti, gözlənilən ömür uzunluğu və yaşıllıqların sayı kimi faktorlar qiymətləndirilib. Birinci pillədə Tallin dayanıb. O, həyatın aşağı qiyməti və cinayətkarlığın aşağı səviyyəsi ilə fərqlənib. Ancaq Tallin Avropanın ən az yaşıl şəhəri olub və uşaq meydançalarının, meşə və su ambarlanının sayına görə ən az bal toplayıb.
Bununla bərabər ekspertlər qeyd ediblər ki, Tallin Avropanin ilk şəhəridir ki, vətəndaşlara pulsuz ictmai nəqliyyat təklif edib.
Beləliklə, hakimiyət şəxsi avtomobildən isifadəni azaltmağa, havanı çirkləndirən tullantıların miqdarını və səs-küyü azaltmağa nail olub.
İkinci yerdə Buxarest gəlir. Üçlüyü isə Lissabon tamamlayır. Dublin dördüncü yerdə dayanır, onun ardınca Praqa gəlir. İlk onluğa Reykavik, Paris, London, Helsinki və Sürix daxildir. Paris həm də Avropanın ən yaşıl şəhəri seçilib. Bu göstərici üzrə Parisin ardınca Amsterdam gəlir.
Facebook-da paylaş