Tramp ölkəsində qapanmanın qarşısını aldı
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş iki günlük aralıq büdcəni imzalamaqla “shutdown”un (qapanma) qarşısını aldı.
Şəffaflıq.az “RİA Novosti”-yə istinadən məlumat verir ki, bu barədə Ağ Evdən bildirilib.
Federal hökumətin maliyyələşdirmə müddəti cümə günü gecə yarısı bitib, mövcud büdcə qanunu olmadan “shutdown” (büdcə olmaması səbəbindən federal müəssisələrin işinin müvəqqəti ixtisarı) baş verə bilərdi.
Daha uzunmüddətli büdcə qanunu ilə bağlı debatlar bazar günü Konqresdə davam edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş