Hindistanda COVID-19-a yoluxanların sayı 10 milyonu ötüb

 

Ötən sutka Hindistanda COVID-19 infeksiyasına 25 min 152 yoluxmanın qeydə alınması ilə ölkədə bu virusa yoluxanların ümumi sayı 10 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 10 milyonu ötən ikinci ölkədir.


Şəffaflıq.az xəbər verir ki, Hindistanın Federal Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən gün COVID-19 infeksiyası səbəbindən 347 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 145 min 136-ya çatıb.

Bildirilir ki, hazırda ölkədə təxminən 308 min aktiv COVID-19 xəstəsi var. İndiyədək 160 milyondan çox test aparılıb. Paytaxt Dehli Hindistanda pandemiyadan ən çox ziyan çəkən bölgədir.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}