ABŞ-da daha bir peyvəndin tətbiqinə icazə verildi
ABŞ-ın Ərzağın keyfiyyəti və Dərman məsələləri üzrə İdarəsi (FDA) fövqəladə şəraitdə sürətləndirilmiş prosedur üzrə koronavirus peyvəndinin qeydiyyatı ilə bağlı “Moderna” şirkətinin müraciətini bəyənib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə FDA-nın mətbuat xidməti bildirib.
"Bu gün (cümə günü-red) FDA COVID-19 xəstəliyinə qarşı ikinci vaksinin fövqəladə şəraitdə istifadəsinə icazə verdi. Təcili istifadənin təsdiqlənməsi 18 və ya daha yuxarı yaşda insanlara peyvəndin istifadəsinə imkan verir”, - xəbərdə qeyd edilir.
Daha əvvəl peyvəndlə bağlı analoji razılığı “BioNTech” və “Pfizer” şirkətləri alıb.
Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.
Facebook-da paylaş