ABŞ hakimiyyəti "Moderna" ilə 100 milyon doza COVID-19-a qarşı peyvəndi almaq barədə razılığa gəliblər
ABŞ hakimiyyəti Amerikanın "Moderna" şirkəti ilə koronavirusa qarşı hazırladığı 100 milyon doz peyvəndin alınması barədə razılığa gəliblər.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin saytında açıqlamalarda bildirilib.
Şirkət qeyd edib ki, ABŞ hökuməti COVID-19-a qarşı "Moderna" şirkətinin mRNA-1273 peyvəndinin əlavə 100 milyon doza almaq hüququndan istifadə etdi.
Bildirilir ki, nəticədə "Moderna" şirkətinin tədarük etməli olduğu dərmanın ümumi dozalarının sayı 200 milyona yüksəldi.
Xəbəri paylaş
Facebook-da paylaş