ÜST-dən peyvəndlərlə bağlı daha bir açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı 2021-ci ilin sonuna qədər “COVID-19” üçün 2 milyard doza peyvənd əldə etməyi planlaşdırır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ÜST-nin Baş direktorunun baş məsləhətçisi Bryus Eylvord açıqlama verib.
“Hazırda 2021-ci ilin sonuna qədər 2 milyard peyvənd əldə etməyə çalışırıq. Mümkündür ki, bu rəqəm daha çox olsun və ümid edirik ki, bu, daha tez baş verəcək”,- deyə Eylvord qeyd edib.
Onun sözlərinə görə, hansı peyvəndin ən təhlükəsiz və təsirli olacağı hələ ki, məlum deyil. Ancaq bu gün peyvəndlərin üç fərqli bazada istehsal edilməsi, sayının əvvəl planlaşdırıldığından çox ola biləcəyini göstərir.
“Tunelin sonunda bir işıq var. Peyvəndlərdən istifadə edərək “COVID-19”a qarşı qoruyucu toxunulmazlıq yarada bilərik. Ən əsası isə bunu üç fərqli platformada inkişaf etdirilən peyvəndlərlə edə bilərik. Bu, gözlədiyimizdən daha çox məhsul əldə edə biləcəyimiz deməkdir. Ancaq bu, uzun bir prosesdir”,- deyə Eylvord sözlərinə əlavə edib.
Facebook-da paylaş