ÜST rəhbəri: ““Vaksin millətçiliyi” pis haldır və bizə kömək etməyəcək”


 

“Dünya iqtisadiyyatının düzəlməsi COVİD-19 əleyhinə peyvəndin nə qədər tez tapılmasından asılıdır”.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhan Gebreyesus bəyan edib.

“İqtisadi bərpanı olduqca tez, “COVİD-19”dan dəyən zərəri isə daha az etmək mümkündür. “Peyvənd millətçiliyi” isə olduqca pis haldır və onun heç kimə faydası dəyməyəcək”,-deyə ÜST rəhbəri bildirib.

Gebreyesus bununla dünyanın müxtəlif dövlətlərinin və nəhəng əczaçılıq firmalarının effektli peyvəndin tapılması uğrunda girdikləri amansız rəqabətdən narazılğını ifadə edib.

Onun fikrincə, hər kəs dünyanın düşdüyü bu çətin anlarda “COVİD-19” üzərində nəzarəti əldə etmək uğrunda birləşməlidir. “Əgər bizlər, hamılıqla təhlükəsizlik içində olmasaq, heç bir ölkənin qurtuluşundan danışa bilmərik”,-deyə o söyləyib.

ÜST-ün fövqaladə vəziyyətlər üzrə direktoru Maykl Rayan Rusiyanın hazırladığı peyvənd barədə danışıb. Onun sözlərinə görə, dövlətlər istənilən peyvəndin effektivliyi və təhlükəsilziyin təmin olunması üçün keçirdikləri sınaqlar barədə təşkilatı məlumatlandırmalıdır.

Mayklı Rayanın fikrincə, virusa qarşı çarəni tapmaq naminə ölkələr könüllü də olsa canlı insanları sınaq obyekti kimi istifadə etmək siyasətindən qaçmalıdırlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}