Alimlər koronavirus əleyhinə vaksin kəşf edə biləcəklərmi? - ÜST əmin deyil
Ümumiyyətlə, koronavirus əleyhinə vaksinin meydana gələcəyinə əminlik yoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedors Adxanom Gebreyesus bəyan edib.
“İndiki halda əlimizdə koronavirus əleyhinə heç bir vaksin yoxdur. Ümumiyyətlə, vaksin olacaqmı? Əlbəttə, nikbinlik lazımdır, amma ehtiyatlı nikbinlik” - ÜST rəhbəri qeyd edib.
Gebreyesus dəqiqləşdirib ki, hazırda ekspertlər maraqlanırlar - bütün ölkələrə təqdim etmək üçün vaksinin yetərli istehsalı imkanları mümkün olacaqmı?
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş