Gürcüstan fevraldan beynəlxalq uçuşlara qadağanı ləğv edəcək
“Gələn ilin fevral ayından etibarən Gürcüstanda beynəxalq uçuşlara tətbiq olunan bütün məhdudiyyətlər aradan götürüləcək”.
Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin itqisadiyyat naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, hava limanlarının genişləndirilməsi üzrə infrastruktur layihələrin icrası dayandırılmayıb: “Kutaisi və Batumi aeroportlarının genişləndirilməsi layihələri yekunlaşmaq üzrədir. Yenilənən infrastruktur qonaqlar və vətəndaşlarlarımıza xidmət edəcək”.
Xəbəri paylaş
Facebook-da paylaş