Çeçenistanda son sutka ərzində 4 dəfə zəlzələ olub
Çeçenistanda son sutka ərzində 4 dəfə zəlzələ olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi ilk zəlzələnin yerli vaxtla saat 00.30-da qeydə alındığını açıqlayıb.
Ocağı Urus-Martan rayonunda 25 km dərinlikdə yerləşən 5,6 maqnitudalı zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Saat 12.15 radələrində 3,7 maqnitudalı zəlzələ olub. Zəlzələnin ocağı Qroznıdan 45 km cənub-şərqdə, Urus-Martandan 22 km cənubda 10 km dərinlikdə yerləşib.
Saat 14.40 radələrində Urus-Martan rayonunda 4,1, saat 15.08 radələrində isə 3,1 maqnitudalı zəlzələlər qeydə alınıb.
Xəbəri paylaş
Facebook-da paylaş