Əhməd Cavadın nəvəsi Ərdoğana təşəkkür etdi
Şəffaflıq.az xəbər verir ki, Anar Axundzadə babasının Türk dünyasının birləşdirici simvollarından birinə çevrilməsi ilə qürur duyduğunu qeyd edib:
“Türkiyə Cumhuriyyətinin Prezidenti, Sayın Rəcəb Tayyib Ərdoğana Zəfər Paradında Türkiyədə türk dünyasının bayraq şairi və türk tarixinin böyük şəhidi kimi ün qazanmış babam Əhməd Cavadın əziz xatirəsəni yad etdiyi üçün böyük məmnuniyyət hissi ilə Əhməd Cavad ailəsinin dərin şükranlarını göndərirəm.
İnanıram ki, bu gün ömrünü Vətəni Azərbaycana və ümumən türk dünyasına həsr etmiş, gözünü qırpmadan canını xalqının azadlığı və müstəqilliyi uğrunda fəda etdiyi Vətəninin düşmən tapdığından azad olunduğu üçün babamın ruhu şad olmuşdur. Həm də ona görə ki, Zəfər sevincimizi bu gün bizimlə bərabər babamın xususi qəlbi duyğularla qəhramanlıqlarına bir nəçə şeir ithaf etdiyi qardaşlarımız - türk əsgərləri bölüşürdü. Bizə Üçrəngli Bayrağımızın kölgəsində yaşamaq şərəfini bəxş edən, millətimiz, torpaqlarımız və müstəqilliyimiz uğrunda şəhidllik zirvəsinə yüksəlmiş cümlə soydaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm. Bildiyiniz kimi, Əhməd Cavad Azərbaycan himninin sözlərinin və bir sıra ölməz əsərlərin müəllifi olmaqla yanaşı, Türkiyədə türk dünyasının himni kimi qəbul edilən “Çırpınırdın, Qara dəniz!” şeirinin də yazarıdır.
Yeri gəlmişkən qeyd edim ki, Vətən müharibəsi dövründə Türkiyənin Milli Müdafiə və Daxili İşlər nazirlikləri, bir sıra dövlət qurumları və qeyri-hökümət təşkilatları, dövlət, siyasi və ictimai xadimlər, TRT, TRT AVAZ qurumları cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan Əhməd Cavadın şeirlərini, onun əsərlərinə bəstələri mütamadi olaraq paylaşırdılar.
Onu da deyim ki, elə bu gün, parad bitən kimi Türkiyənin TRT kanalı babam haqqında istehsal etdiyi “Əhməd Cavad: Bir millətin ruhu” bədii-sənədli filmi və Xalq artisti, dəyərli bəstakarımız Aygün xanım Səmədzadənin bəstəsi və Xalq artisti dəyərli müğənnimiz Mələkxanım Eyyubovanın ifasında babamın 1919-cu ildə yazdığı “Bən bulmuşam” əsərinə bu günə xususi olraraq hazırladığı video çarxı yayıma verdi.
Bu minvalla, Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Böyük Mücahid Əhməd Cavadın xatirəsini daim yad edən, onun adını uca tutan qardaşlar Azərbaycan və Türkiyə dövlətləri və onların sayğıdəyər liderləri başda olmaqla soydaşlarımıza, millətimizin hər bir fərdinə ailəmizin dərin minnətdarlığını bidirirəm.
Bir daha sağ olsunlar, var olsunlar, əziz olsunlar! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Əbədi və Sarsılmaz olsun qardaşlığımız!”
Facebook-da paylaş