Rəcəb Tayyib Ərdoğan: Rusiya Prezidenti Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında səsləndirib.
Rəcəb Tayyib Ərdoğan sözünə davam edərək deyib: "Qardaşlarımız artıq bunu özümüz həll edəcəyik dedilər, addımı atdılar. Addımı atdıqdan sonra iş getməyə başladı. İş getməyə başladıqdan sonra biz cənab Putin ilə müzakirələr apardıq. Eyni qayda ilə bu işin diplomatik tərəfini xarici işlər naziri Mövlud bəy apardı. Xüsusilə bu məsələdə kəşfiyyat, müdafiə fəaliyyətləri aparıldı. Bütün bu fəaliyyətlərdən sonra vəziyyət xeyli fərqli şəkildə inkişaf etməyə başladı".
Türkiyə Prezidenti qeyd edib ki, xüsusilə Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi və iş bu səviyyəyə qədər gəlib çıxdı.
Facebook-da paylaş