Əsas Səhifə > SİYASƏT > Rəcəb Tayyib Ərdoğan: Rusiya Prezidenti Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi

Rəcəb Tayyib Ərdoğan: Rusiya Prezidenti Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi


10-12-2020, 21:47
Təbii bu gün Qardaşımla Qarabağ münaqişəsinin həllinin nə üçün bu günə qədər uzadıldığını ətraflı müzakirə etdik. Nə üçün otuz il Qarabağda bu zülm çəkdirildi. Minsk qrupu deyilən bu üçlüyün işi nə idi? Onlar dünyanın ən güclü ölkələri idi - Amerika, Rusiya, Fransa. Nə üçün vaxt bu qədər uzadıldı, niyə nəticə hasil olmadı? Məgər bunu həll edə bilməzdilərmi? Edə bilərdilər. Onda niyə vaxtı uzatdılar?
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında səsləndirib.
Rəcəb Tayyib Ərdoğan sözünə davam edərək deyib: "Qardaşlarımız artıq bunu özümüz həll edəcəyik dedilər, addımı atdılar. Addımı atdıqdan sonra iş getməyə başladı. İş getməyə başladıqdan sonra biz cənab Putin ilə müzakirələr apardıq. Eyni qayda ilə bu işin diplomatik tərəfini xarici işlər naziri Mövlud bəy apardı. Xüsusilə bu məsələdə kəşfiyyat, müdafiə fəaliyyətləri aparıldı. Bütün bu fəaliyyətlərdən sonra vəziyyət xeyli fərqli şəkildə inkişaf etməyə başladı".
Türkiyə Prezidenti qeyd edib ki, xüsusilə Putinin müsbət yanaşmaları da bu prosesi müsbət istiqamətdə aparmağa kömək etdi və iş bu səviyyəyə qədər gəlib çıxdı.

Geri qayıt