Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Şəffaflıq.az xəbər verir ki, avronun məzənnəsi 0,4 % azalaraq 1,9768 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,6 % artaraq 2,1378 manat təşkil edib. Valyuta ... Ətraflı »
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.08.2025)

Qubada 52 yaşlı kişi evində yanaraq ölüb

Qubada evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Telman Mövlud oğlu Əhmədov yanaraq ölüb. Şəffaflıq.az -ın məlumatına görə, hadisə rayonun Paşaoba kəndində baş verib. Belə ki, Telman Əhmədov özünə məxsus yaşayış evində baş vermiş yanğın zamanı aldığı yanıq xəsarətləri nəticəsində mətbəxdə ... Ətraflı »
Alim Bermud üçbucağının sirrini açıqlayıb

Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb. Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun ... Ətraflı »
Braziliya və Çin liderləri Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə ediblər

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub. Şəffaflıq.az -ın məlumatına görə, bu barədə Braziliya liderinin mətbuat xidməti məlumat yayıb. Söhbət bir saata yaxın davam edib. Tərəflər mövcud beynəlxalq vəziyyəti və ... Ətraflı »
Sabirabadda avtomobil kanala aşıb, xəsarət alanlar var

Sabirabad rayonunda avtomobil kanala aşıb, xəsarət alanlar var. Şəffaflıq.az -ın məlumatına görə, hadisə rayonun Moranlı kəndi ərazisində baş verib. Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində Moranlı kənd sakinləri, 1999-cu il təvəllüdlü ... Ətraflı »
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Şəffaflıq.az -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qılıncı kəndində qeydə alınıb. Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma ... Ətraflı »
Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb

Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, yanğını rayon sakinləri - Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi ... Ətraflı »
Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb. Şəffaflıq.az komitəyə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin “Qırmızı ... Ətraflı »
Növbəti iki gündə külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 12-13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdaş, ... Ətraflı »
Paşinyan Vaşinqtondakı danışıqların nəticələrini Ərdoğanla müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat verib. Məlumatda qeyd olunub ki, N.Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ ... Ətraflı »
{sape_links}{sape_article}