Hindistanda 350 nəfər naməlum xəstəliyə yoluxub

 

Hindistanın cənubundakı Andhra-Pradeş ştatında 350-dən çox şəxs naməlum xəstəliyə yoluxaraq xəstəxanaya yerləşdirilib.

Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, xəstələrdən biri vəfat edib.

Naməlum xəstəlik Eluru şəhərində qeydə alınıb. Həkimlər aparılan müşahidə və təhlillərə baxmayaraq, xəstəliyin mənşəyini və növünü müəyyən edə bilməyib.

Son məlumatlara görə, yoluxanlardan 180 nəfəri sağalıb. 160 nəfərin müalicəsi davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}