Hindistanda koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halı qeydə alınıb


 

Ötən gün dünyada COVID-19 infeksiyasına ən çox yoluxma halı Hindistanda qeydə alınıb.

Şəffaflıq.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda 90 min 600 nəfər COVID-19 xəstəliyinə yoluxub. Bu, həm də ölkədə koronavirusa rekord sutkalıq yoluxma halıdır.

Həmçinin ötən sutka ərzində Hindistanda 1044 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.

İndiyə qədər ölkədə 4 milyon 110 min 839 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 70 min 679 nəfərə çatıb.

Hindistan həm COVID-19 infeksiyasına yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}