Gürcüstanın paytaxt Tiflisdə 9 nəfər girov götürülüb.

Gürcüstanın paytaxt Tiflisdə bir nəfər təcavüzkar əlində əl bombası ilə Tsereteli metro stansiyası yaxınlığında bir mikromaliyyə qurumunun ofisinə hücum edərək təqribən 9 nəfəri girov götürüb.
Şəffaflıq.az-ın məlumatına görə, hücumla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir:
"Polis Tbilisidəki Akaki Tsereteli küçəsindəki mikromaliyyə təşkilatlarından birinin ofisinin yaxınlığında hərəkətə keçdi. İlk məlumata görə, ofisə bir silahlı şəxs girib. Hücum xəbəri alan polis məmurları hadisə yerinə yaxın ərazini ani cavab rejimində mühasirəyə aldılar. Hazırda hadisə yerində səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları bütün lazımi və təcili tədbirləri alır, araşdırmalar və əməliyyat tədbirləri davam edir. Daxili İşlər Nazirliyi media nümayəndələri təhlükəsizlik normalarına riayət etməyə çağırır".
Faktla bağlı intensiv araşdırma davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}