DƏHŞƏTLİ QƏZA:Dərəyə yuvarlanan mikroavtobusdakı 17 sərnişin həlak olub, 3 nəfər isə ağır yaralanıb.

Gürcüstanın Mçxeta-Mtianeti bölgəsinin Tuşeti rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az Gürcüstan mətbuataına istinadla xəbər verir ki, Tuşetinin Şatili yolunda avtomobil dərəyə aşıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 80 metr hündürlükdən dərəyə yuvarlanan mikroavtobusdakı 17 sərnişin həlak olub, 3 nəfər isə ağır yaralanıb.
Birdirilir ki, xilasedicilər hal-hazırda hadisə yerində axtarış işlərini davam etdirirlər.
Faktla bağlı, Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin 276-cı maddəsi əsasında istintaq başladıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}