Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI

 Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Şəffaflıq.az Baş Prokurorluğa istinadən Bərdə terrorunun qurbanlarının siyahısını təqdim edir
1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)
шаблоны для dle 11.2


Facebook-da paylaş