ALÇAQ DÜŞMƏN YENƏ GƏNCƏNİ VURDU - 13 nəfər həlak olub, 40-dan çoxu yaralanıb - FOTO

 

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Şəffaflıq.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti tapılıb.

Düşmənin raket hücumu nəticəsində 48 nəfər isə yaralanıb, 20-yə yaxın ev dağılıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini yenidən raket atəşinə tutub. Atılmış üç raketdən ikisi Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə zərərsizləşdirilib, bir raket isə mülki əhalinin yaşadığı binanın üzərinə düşüb. 


 шаблоны для dle 11.2


Facebook-da paylaş