Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.


Bu gün Ermənistan silahlı qüvvələri Ağcabədi şəhərini raket atəşinə tutub.
Şəffaflıq.az xəbər verir ki, raketlərdən biri partlamayıb. Digər iki raketdən biri həyətyanı sahəyə düşərək evdə dağıntılara səbəb olub, digər raket isə başqa evə düşüb. Nəticədə Ağcabədi şəhər sakinləri - 1994-cü il təvəllüdlü Elşən Mehdi oğlu İbrahimov və qardaşı qızı, 2015-ci il təvəllüdlü Ayan Rövşən qızı İbrahimova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, evə külli miqdarda ziyan dəyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}