Cəlilabadda kütləvi zəhərlənmə, 7 nəfər xəstəxanaya yerləşdirildi

 

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

Hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakinləri, 1979-cu il təvəllüdlü Niyaməddin İmanov, 2009-cu il təvəllüdlü İmanzadə Leyla Niyaməddin qızı, 1006-cı il təvəllüdlü İmanlı Rövlan Loğman oğlu, 2005-ci il təvəllüdlü İmanov Səyyad Loğman oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Səidə Mühacir qızı, 2007-ci il təvəllüdlü Əliyeva Nuranə Rövşən qızı və 2010-cu il təvəllüdlü Əliyeva Gülşən Rövşən qızı zəhərlənmə ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, həmin .şəxslər N. İmanovun evində hazırlanan ət məhsulundan olna yemək və xiyar turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırmalar aparılır, həmin məhsullardan nümunələr götürülüb.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}