ABŞ Leninin nəşini almaq üçün hərəkətə keçdi

Sovet Sosialist Respublikaları İttifaqının qurucusu Vladimir Leninin nəşinin Rusiyadan alınması üçün ABŞ-da başladılan kampaniyaya geniş dəstək olunub.
Şəffaflıq.az xəbər verir ki, amerikalı rəssam Devid Datuna kampaniya çərçivəsində qısa müddətdə 50 milyon dollar toplandığını açıqlayıb.
Onun sözlərinə görə, layihə ABŞ-la yanaşı, Rusiyada da maraqla qarşılanıb.
Qeyd edək ki, rəssam Leninin Moskvadakı mavzoleyinin bənzərindən Vaşinqtonda ucaldılması üçün təşəbbüs irəli sürmüş və Leninin nəşinin Rusiyadan alınmasını təklif etmişdi. Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov bu təklifə cavab olaraq vətəni, tarixi və liderləri sadəcə xainlərin satdığını söyləmişdi.
Datuna isə Leninin sadəcə Rusiyanın deyil, bütün dünya proletariyasının lideri olduğunu bildirmişdi.
Publika.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}