Hindistanda koronavirusa yoluxma sayında yeni rekord

 

Hindistanda ötən gün ərzində 90,8 mindən çox insanda koronavirusa yoluxma faktı aşkarlanıb.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bununla Hindistanda günlük yoluxma sayında yeni rekord qeydə alınıb. Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 4 milyon 204 min 613-dür.

Yoluxma sayına görə hazırda Hindistan dünya ölkələri arasında 2-ci yerdə qərarlaşıb.

Ölkə üzrə bu günə qədər 71 min 687 insan xəstəlik səbəbindən həyatını itirib, 3 milyon 250 min 429 pasiyent isə müalicə olunaraq sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}