Ötən gün Hindistanda koronavirusdan 2 min 6 nəfər ölüb

 

Dünyada koronavirusa infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları sürətlə artmaqda davam edir.

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, dünən gecə saatlarına olan məlumata görə dünyada 8 milyon 202 min 674 nəfər koronavirusa yoluxub. 443 min 699 nəfər isə bu virusdan vəfat edib. İndiyə qədər müalicə alaraq sağalanlar 4 milyon 277 min 508 nəfərdir.

Dünyada ümumi yoluxma sayına görə ilk sırada ABŞ yer alsa da, dünən koronavirusdan ölüm sayına görə Hindistan bütün ölkələri geridə qoyub. Belə ki, bu gün Hindistanda 11 min 112 nəfər koronavirusa yoluxub, 2 min 6 nəfər isə bu virusdan ölüb.

Bu ölüm sayı dünya üzrə günlük göstəricilər içərisində yeni rekorddur.

İndiyə qədər Hindistanda 354 min 148 nəfər koronavirusa yoluxub, 11 min 921 nəfər isə bu virusdan ölüb.

Hindistan dünyada koronavirusa yoluxanların ümumi sayına görə 4-cü yerdədir.

Onu da bildirək ki, koronavirusun beşiyi sayılan Çində artıq ikinci dalğa yaşanır. Belə ki, dünən Çində 40 nəfər koronavirusa yoluxub. Halbuki ölkədə ötən günlərdə yoluxma sayı 2-3 nəfər olurdu...

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}