Avropa ölkəsində daha bir il virusdan ölümlər olacağından çəkinirlər

 

Proqnozlar daha ciddi itkilərdən xəbər verir. Avropa ölkəsində gələn ilin iyununa qədər daha 120 min nəfərin öləcəyindən çəkinirlər.

Şəffaflıq.az xəbər verir ki, “Bloomberg” Böyük Britaniya tibb elmləri akademiyasının hesabatının yayıb. Burada koronavirusun ikinci dalğasının daha amansız olacağı bildirilir. Hesabatda pandemiyanın hələ uzun sürəcəyi ilə bağlı xəbərdarlıq var. Bundan başqa, tibb elm adamları xəstəxanaların ikinci dalğaya daha hazırlıqlı olmasının vacibliyini xüsusi vurğulayır.

İndiyə qədər pandemiyanın birinci dalğası Böyük Britaniyada 44 min 830 nəfərin həyatına son qoyub. Avropa ölkəsində virusa yoluxanların sayı 290 min nəfəri keçib. Sağalmalarla bağlı dəqiq statistika açıqlanmır.

Dünyada virusa yoluxanların sayı 13.3 milyon nəfərə çatıb. Təxminən 577 min pasiyent həyatını itirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}