İranda 18 milyon insan koronavirusa yoluxub

 

İranda pandemiya başlanandan etibarən təxminən 18 milyon insanın koronavirusa yoluxduğu bildirilib.

Şəffaflıq.az "Qafqazinfo"-ya istinaən xəbər verir ki, bu barədə İranın Yoluxucu Xəstəliklərlə Mübarizə Komitəsinin üzvü Məsud Mərdani açıqlama verib.

İran əhalisinin 20 faizinin koronavirusa yoluxduğunu bildirən Mərdani, "Bir bölgədə koronavirusa yoluxanların faizini almaq üçün antikor testlərindən istifadə edirik. Bunu bütün ölkə daxilində həyata keçirdik. İndiyə qədər 18 milyon iranlının koronavirusa yoluxduğunu müəyyənləşdirdik",-deyə bildirib.

Yalnız sağlamlıq protokollarına riayət etməklə virusdan qorunmağın mümkünlüyünü söyləyən Mərdani "Payız mövsümündə daha pis bir mənzərə ilə qarşılaşmaq istəmiriksə, 60 yaşdan yuxarı və xroniki xəstəliyi olanlara diqqət ayırmalı və onların  virusa yoluxmalarını əngəlləməliyik",-deyə sözlərinə əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}