Çin və Hindistan arasında son 45 ilin ən şiddətli toqquşması olub – 35 Çin əsgəri öldürülüb

 

Hindistanın şimal-şərqində yerləşən Ladax bölgəsindəki Qalvan Vadisində (Galwan Valley) hind və çin əsgərləri arasında baş verən qarşıdurmada onlarla Çin əsgəri öldürülüb.

Şəffaflıq.az xarici KİV-lərə istinadla xəbər verir ki, bazar ertəsi axşam saatlarında Çin qüvvələri ilə şiddətli toqquşmadan sonra dörd hind hərbçinin vəziyyəti ağırdır. ABŞ kəşfiyyat mənbələri isə öldürülən Çin əsgərlərinin sayının 35 olduğunu bildirib. Mənbə xəbər verir ki, qarşıdurmaya Çinin status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdi səbəb olub: "Ölən və yaralıların dəqiq sayını müəyyənləşdirmək çətindir, baxmayaraq ki, bu sayın 40-dan çox olduğu təxmin edilir. Çin tərəfinin əsgərləri düşmənlə qarşıdurmada xeyli ziyan görüb. Öldürülənlər arasında Çin bölməsinin komandiri də var”.

Digər mənbələr isə silahlı qarşıdurmada Hindistan tərəfindən 1 zabit və 2 əsgərin öldürüldüyünü bildirir.

Xatırladaq ki, bu, son 45 ildə iki ölkə arasındakı ən şiddətli münaqişə hesab olunur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}